Astaralı idmançılar həndbol üzrə Respublika finalına vəsiqə qazanıblar
Mayın 15-dən 19-dək Biləsuvar Olimpiya İdman Kompleksində Yeniyetmələrin XII Respublika Oyunlarının proqramına daxil olan həndbol üzrə 2005-2006-cı il təvəllüdlü oğlanlar arasında zona yarışları keçirilib.

Yarışda Astara rayonunu təmsil edən Səncərədi kənd tam orta məktəbinin komandasının iştirakı Astara rayon Gənclər və İdman İdarəsi tərəfindən təmin edilmişdir. Gərgin keçən mübarizənin sonunda Astara komandası ikinci yerə layiq görülərək Respublika final mərhələsində iştirak etmək hüququ qazanıb.

Mayın 20-də Astara rayon Gənclər və İdman İdarəsinin kollektivi Səncərədi kənd tam orta məktəbində məktəbin şagird, müəllim kollektivi və uğur əldə edən komanda üzvləri ilə görüş keçirib. Görüşdə çıxış edən Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev idmançılarımızı bu uğurları münasibəti ilə təbrik edib.


Xəbər 680 dəfə oxundu.