Xüsusi olimpiyaçı oğlanlar arasında cüdo üzrə respublika seçmə yarışları keçirilib
Xüsusi olimpiyaçı oğlanlar arasında cüdo üzrə respublika seçmə yarışlarının qalibləri müəyyənləşib.

Azərbaycan Xüsusi Olimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, turnir Sabunçu rayonundakı 309 nömrəli orta məktəbdə keçirilib.

Yekun nəticələrə görə, birinci divizionda 66-73 kiloqram çəki dərəcəsində Nikita Merkuryev (Sabunçu rayonu 11 nömrəli inteqrasiya təlimli internat məktəbi) birinci yeri tutub. İkinci divizionda 35-47 kiloqram çəki dərəcəsində Coşqun Əliyev (Sumqayıt Regional Proqramı (filialı), Sumqayit şəhər inteqrasiya təlimi internat tipli gimnaziya), üçüncü divizionda isə 51-58 kiloqram çəkidə Eşqin Quluzadə (Xəzər rayonu 12 nömrəli xüsusi internat məktəbi) qalib olublar.

Xəbər 775 dəfə oxundu.