Azərbaycanın xüsusi olimpiyaçıları beynəlxalq futbol turnirində iştirak edəcəklər
Mayın 24-də Hollandiyanın Tilburq şəhərində xüsusi olimpiyaçılar arasında beynəlxalq futbol turniri start götürəcək.

Azərbaycan Xüsusi Olimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, turnirdə ölkəmizi qızlardan ibarət futbol komandası təmsil edəcək.

Turnirə mayın 27-də yekun vurulacaq.


Xəbər 712 dəfə oxundu.