Naxçıvanda IV “Heydər Əliyev kuboku” turnirinə start verilib | |
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş futbol üzrə IV “Heydər Əliyev kuboku” turnirinə start verilib. Ənənəvi olaraq keçirilən turnirin ilk günündə “Araz-Naxçıvan” və MOİK komandaları üz-üzə gəlib. Görüşün ilk hissəsində rəqibi iki dəfə mərkəzə dəvət edən Naxçıvan komandası sonda meydanı 3:2 hesab ilə tərk edib. Günün ikinci qarşılaşmasında “Şüvəlan” və “Arpaçay” komandaları üz-üzə gəlib. Oyun Bakı klubunun qələbəsi ilə başa çatıb. Mayın 21-də ikinci turun oyunları keçiriləcək. Saat 11:00-da “Şüvəlan” və “Araz-Naxçıvan” komandaları qarşılaşacaq. 17:30-da isə “Arpaçay” MOİK komandasını sınağa çəkəcək. Qeyd edək ki, turnirə mayın 23-də yekun vurulacaq. Həmin gün oyundan əvvəl Naxçıvan Muxtar Respublika Stadionunda möhtəşəm konsert proqramı təşkil olunacaq. |
|
Xəbər 745 dəfə oxundu. |
|
|