Azərbaycan futzalçısının Tailand klubunda debütü uğurlu olub
Xəbər verdiyimiz kimi, futzal üzrə Azərbaycan millisinin üzvü Xətai Bağırov karyerasını Tailandın “Sisaket” klubunda davam etdirir.

Yeni komandasının heyətində “Bangkok City” ilə oyuna çıxan və debüt edən forvard 5:3 hesablı qələbədə pay sahibi olub. O, dördüncü qolun ötürməsini edib və beşinci qolun müəllifi olub.

Futzalçı “Sisaket” klubu ilə 6 aylıq müqavilə imzalayıb.

Xəbər 749 dəfə oxundu.