İrina Zaretska İstanbulda karate turnirində gümüş medal qazanıb
Karateçilərimiz İstanbulda keçirilən karate turnirində iştirak ediblər.

Qadınlardan ibarət milli komandanın lideri İrina Zaretska (-68 kq) İstanbulda Karate1 Seria A turnirinin gümüş medalını qazanıb. Marina Rakoviçlə (Monteneqro) final görüşü rəqibin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Rafael Ağayev (-75 kq) isə bir-birinin ardınca iki döyüşdə aldığı zədələr səbəbindən 5-ci görüşü yarımçıq dayandırmalı olub.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov fərqlənən idmançıların mükafatlandırma mərasimində iştirak edib.

Qeyd edək ki, mötəbər turnirdə 102 ölkədən 1813 karateçi iştirak edib. Milli komandanı iyunun əvvəli Çinin Şanxay şəhərində Premyer Liqa turniri gözləyir.

AZƏRTAC

Xəbər 766 dəfə oxundu.