Azərbaycan samboçuları Avropa çempionatında iki medal qazanıblar
İspaniyanın Xixon şəhərində keçirilən kişilər və qadınlar arasında idman və döyüş sambosu üzrə Avropa çempionatına yekun vurulub.

Qitə çempionatında Azərbaycan samboçuları iki medal qazanıblar. İdman sambosu üzrə Nəsimi Umbayev (52 kq), döyüş sambosu yarışında isə Bəxtiyar Abbasov (82 kq) bürünc medal qazanıblar.

Xəbər 232 dəfə oxundu.