Bədii gimnastika üzrə Avropa çempionatında top və halqa üzrə yarışların qalibləri müəyyənləşib
Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatında böyük gimnastlar arasında fərdi proqramda ayrı-ayrı alətlər üzrə finallar davam edir.

Artıq iki alət – halqa və topla final yarışları başa çatıb. Halqa ilə final yarışında çıxış edən təmsilçimiz Zöhrə Ağamirova altıncı olub. Yarışın qalibi adını rusiyalı Dina Averina qazanıb. Belarus gimnasti Katarina Xalkina və israilli Nikol Zelikman ilk üçlüyü tamamlayıblar.

Topla yarışlarda da Rusiya gimnastları fərqləniblər. Arina Averina və Aleksandra Soldatova müvafiq olaraq fəxri kürsünün ilk iki pilləsinə qalxıblar. Bolqarıstan gimnastı Boryana Kalein çempionatı üçüncü pillədə başa vurub.

Xəbər 828 dəfə oxundu.