Rusiya millisi Bakıda bədii gimnastika üzrə Avropa çempionatının qrup hərəkətləri yarışında iki qızıl medal qazanıb
Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatında gənclərdən ibarət qrup hərəkətləri komandalarının 5 halqa və 5 lentlə final yarışlarına yekun vurulub.

Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət gənclər komandamız 5 halqa ilə yarışlarda 21,500 xalla altıncı olub. Avropa çempionu adını 24,450 xalla Rusiya komandası qazanıb. Ukrayna gimnastları 23,400 xalla çempionatı ikinci, Belarus komandası (23,250 xal) isə üçüncü pillədə başa vurublar.

Beş halqa ilə yarışlarda da Rusiya komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Hakimlərdən 21 xal alan rusiyalı gimnastlar rəqibləri üçün əlçatmaz olublar. İsrail komandası (19,900 xal) gümüş, Belarus (19 xal) isə bürünc medala sahib olub.

Çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənclərdən ibarət komandalar çıxış ediblər. Çempionata 35 ölkədən gimnastlar qatılıblar.

Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.

Xəbər 768 dəfə oxundu.