“IMSA World Masters Championship 2019” şahmat yarışına yekun vurulub
Çində keçirilən “IMSA World Masters Championship 2019” dünya intellektual oyunlarına yekun vurulub.

Qrossmeysterimiz Rauf Məmmədovun da qatıldığı blitz yarışları mayın 18-də başa çatıb.

Turnirin sonuncu günündə R.Məmmədov rusiyalı Vladimir Fedoseyevə 2:0, hindistanlı Santoş Viditə 1,5:0,5 hesabı ilə qalib gəlib. Ukraynalı Ruslan Ponomoryov, çinli Yu Yanqi ilə heç-heçə edən şahmatçımız daha bir Ukrayna təmsilçisi Anton Korobova 0:2 hesabı ilə uduzub. Blitz turnirində ümumi hesabda 7 xal toplayan təmsilçimiz 16-cı yeri tutub. Yarışın qalibi 14,5 xalla çinli Bu Cyanci olub.

Rauf Məmmədov rapid yarışlarında 14-cü yeri tutub.

Xəbər 806 dəfə oxundu.