Azərbaycanın 13 cüdoçusu Orenburqda keçirilən Avropa kuboku turnirində mübarizə aparır
Mayın 18-də Orenburqda cüdo üzrə Avropa kuboku turniri start götürüb.

Qitə turnirində Azərbaycanı 13 cüdoçu təmsil edir. Balabəy Ağayev (60 kq), Nurlan Osmanov, İlkin Babazadə, İbrahim Əliyev, Orxan Hacıağalı, Elbrus Zamanov (hamısı 66 kq), Telman Vəliyev, Kərim Allahverdiyev (73 kq), Murad Fətiyev (81 kq), Qurban Qurbanov, Aslan Mirzəyev (90 kq), Kənan Abdullaxanlı (100 kq) və Rüstəm Kotsoyev (100 kq-dan yuxarı) Avropa kubokunun medalları uğrunda mübarizə aparırlar.

Turnirə mayın 19-da yekun vurulacaq.

Xəbər 803 dəfə oxundu.