Atletika hakimləri üçün keçirilən seminara yekun vurulub
Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq çərçivəsində Beynəlxalq Atletika Federasiyasının, Milli Olimpiya Komitəsinin, “Bakı 2019” Əməliyyat Komitəsinin və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə atletika hakimləri üçün keçirilən seminara mayın 17-də yekun vurulub.

Birinci seminarda 27 nəfər iştirak edib. Onlardan 21-i imtahandan keçərək sertifikatla təltif edilib. Üç iştirakçı isə seminarı ehtiyat hakim kimi başa vurub.

Növbəti seminar mayın 20-23-də təşkil olunacaq.

AZƏRTAC

Xəbər 800 dəfə oxundu.