“Seiko” şirkəti Beynəlxalq Atletika Federasiyası ilə yeni müqavilə imzalayıb
“Seiko” şirkəti Beynəlxalq Atletika Federasiyası (BAF) ilə yeni müqavilə imzalayıb.

Azsport.az Azərbaycan Atletika Federasiyasının saytına istinadla xəbər verir ki, yeni müqaviləyə əsasən şirkət 2029-cu ilədək BAF-ın rəsmi tərəfdaşı olacaq. Bu on il ərzində “Seiko” keçiriləcək beş dünya çempionatı da daxil olmaqla ümumilikdə 37 yarışa tərəfdaşlıq edəcək.

Şirkət 1985-ci ildən BAF-ın rəsmi tərəfdaşıdır. Ötən 34 il ərzində “Seiko” BAF-ın 15-i dünya çempionatı olmaqla 184 yarışını dəstəkləyib.

Xəbər 809 dəfə oxundu.