"AIPS Sport Media Awards" idman jurnalistləri arasında müsabiqə elan edir
"AIPS Sport Media Awards" idman jurnalistləri arasında ən yaxşı məqalə, foto, video, audio və jurnalist bloq yazılarını müsabiqəsini elan edir.

Azsport.az saytı xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlər www.aipsawards.com saytından qeydiyyatdan keçərək materialları təşkilatçılara göndərə bilərlər. Materialların son təqdim edilmə tarixi oktyabr ayının 7-sidir. Hər kateqoriya üzrə ilk 3 yerə layiq görülənlərə müvafiq olaraq 8000, 3000 və 2000 ABŞ dolları mükafat təqdim ediləcək.


"AIPS Sport Media Awards” idman jurnalistləri müsabiqəsinin əsas şərtlərini təqdim edirik:


MƏQALƏ

1. Yazının sərlövhəsi yazılmış məqalənin mövzusunu əhatə etməli,
2. Yeniliyi əks etdirən, jurnalist tərəfindən araşdırılma aparılmış və yüksək peşəkarlıqla idman haqqında yazılmış ən yaxşı reportaj, yazı və müsahibə olmalıdır.

FOTO

1. Fotoda müəyyən bir idman yarışında idmançının atletik bacarıqlarını nümayiş etdirən mükəmməl anın təsviri,
2. Ən az üç portfolio. Lakin 5 idman fotoşəkildən çox olmamalıdır. Bu fotolar eyni idman yarışından və ya eyni hadisədən, ya da müxtəlif hadisələrdən, o cümlədən müxtəlif idman yarışlarından ola bilər.

VİDEO

1. Atletin və ya müvafiq bir idman xadiminin imicini təsvir edən video çarx,
2. İdman dünyasının hər hansı bir aspekti haqqında cəlbedici və aşkar bir hekayəni izah edən sənədli film;
3. Hər hansı bir idman mövzusunda maraqlı hekayə səslənən, yenilikləri əks etdirən və jurnalist araşdırılması aparılmış 10 dəqiqədən çox olmayan video.

AUDİO

1. İdman mövzusunda olan radio reportaj, podkast, şərh təqdim edilməlidir.


Jurnalist veb-bloqu

Bu kateqoriyaya yaşı 30-a qədər (1990-cı il yanvarın 1-dən sonra dünyaya gələnlər) olan gənclər müraciət edə bilərlər. Onlarda müsabiqəyə məqalə, video, audio təqdim edə bilərlər. Hər kateqoriya üzrə ilk 3 yerə layiq görülən qaliblərin hər biri karyera qazanmaq imkanı əldə edəcək və böyük beynəlxalq idman tədbirində iştirak edəcək.

Xatırladaq ki, bu müsabiqə ilk dəfə olaraq ötən il təsis edilib.Qaliblərə bu ilin yanvarında İsveçrənin Lozanna şəhərində keçirilmiş Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının 82-ci konqresində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax mükafatları təqdim edib.



Xəbər 810 dəfə oxundu.