Kanada Qran-Prisində Azərbaycanı dörd kişi cüdoçu təmsil edəcək
Kanadanın Monreal şəhərində keçiriləcək Qran-Pridə Azərbaycanı təmsil edəcək kişi cüdoçular müəyyənləşib.

Azsport.az Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, turnirdə ölkəmizi Kəramət Hüseynov (60 kq), İbrahim Əliyev, Nicat Şıxəlizadə (hər ikisi 66 kq) və Murad Fətiyev (81 kq) təmsil edəcəklər.

Xəbər 865 dəfə oxundu.