Dördnövçülük üzrə yarışın qalibləri müəyyənləşib
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə dördnövçülük üzrə yarış keçirilib.

Qızlar arasında Xətai rayonu 245 nömrəli tam orta məktəbin komandası birinci olub. Qaradağ rayonu 106 nömrəli tam orta məktəbin komandası yarışı ikinci, Nərimanov rayonu 200 nömrəli tam orta məktəbin şagirdləri isə üçüncü pillədə başa vurublar.

Oğlanların mübarizəsində Yasamal rayonu 13 nömrəli tam orta məktəbin komandası qızıl, Binəqədi 244 nömrəli tam orta məktəbin kollektivi gümüş, Qaradağ rayonu 106 nömrəli tam orta məktəbin şagirdləri bürünc medala sahib olublar.

AZƏRTAC

Xəbər 703 dəfə oxundu.