Yüksək Liqanın final və 3-cü yer uğrunda oyun cədvəli açıqlanıb
Futzal üzrə Yüksək Liqanın final və 3-cü yer uğrunda oyun cədvəli açıqlanıb.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, mayın 17-də keçiriləcək çempionatın sonuncu görüşləri Bakı İdman Sarayında təşkil olunacaq.

Üçüncü yer uğrunda görüşdə EKOL və “Neftçi” komandaları qarşılaşacaqlar. Matç saat 14:30-da start götürəcək.

Qızıl medallar uğrunda qarşılaşmada “Araz” və “Xəzər Cənub” komandaları üz-üzə gələcəklər. Görüşün start fiti saat 17:00-da səslənəcək.

Xəbər 758 dəfə oxundu.