Tural Piriyev: Topaz Premyer Liqasında çıxış edən klubların hesabatlarını təqdim etməsi təqdirəlayiqdir
Futbol üzrə Topaz Premyer Liqasında çıxış edən klubların hesabatlarını təqdim etməsi təqdirəlayiq haldır. Oyunda azarkeşlərin az olması və yayım huquqlarının olmaması sponsorların cəlb edilməsində çətinlik yaradır.

Bu sözləri mayın 15-də Bakıda təşkil olunan “Futbol və biznes” sammitində AFFA-nın nümayəndəsi Tural Piriyev deyib.

O qeyd edib ki, bu istiqamətdə müəyyən irəliləyişlər də əldə olunub. Bəzi klublarımız bazarda kifayət qədər çəkisi olan iri şirkətlərlə sponsorluq müqaviləsi imzalayıb. Düzdür, belə müqavilələrin sayı az olsa da, var. Ümid edirəm ki, belə sponsorluq müqavilələri daha çox olacaq.

Xəbər 772 dəfə oxundu.