Azərbaycanın U-21 millisi Sloveniyada iki yoxlama oyununda gücünü sınayacaq
Mayın 18-dən 28-dək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının Sloveniyada təlim-məşq toplanışı olacaq.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamız 2 yoxlama oyunu keçirəcək.

Mayın 21-də Xorvatiyanın "Sloven Belupo-2" komandası ilə qarşılaşacaq U-21 mayın 27-də Lyublyana "Olimpiya"sının əvəzediciləri ilə görüşəcək.

Xəbər 720 dəfə oxundu.