Ümummilli Liderin xatirəsinə həsr edilmiş mini futbol turniri keçirilib
İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə nazirliyin aparatı və strukturuna daxil olan qurumlar arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini futbol çempionatı keçirilir.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, artıq ənənə halına çevrilmiş turnirdə qurumun strukturlarında çalışan əməkdaşlardan ibarət 16 komanda iştirak edir. Turnir iyunun 8-də başa çatacaq, ilk üç yeri tutan komanda və fərqlənən idmançılar mükafatlandırılacaqlar.

Xəbər 688 dəfə oxundu.