Elektroşokla Avro-2012-yə
«Mançester Siti»yə məxsus, ancaq Niderland «Feyenoord»unda icarə əsasında oynayan isveçli futbolçu Con Quidetti elektroşok vasitəsilə müalicə olunmağa çalışır. İdman.com.az saytının məlumatına görə, bu səyləri o, Avro-2012-yə yollana bilmək üçün edir.

Futbolçu müəmmalı virusa yoluxub və bu da onun sağ ayağını tam hərəkətsiz hala gətirib. Hazırda o, Niderlandda müalicə olunur. Həkimlər futbolçunun tam müalicəsinə təminat vermirlər. Lakin mütəmadi aparılan işlərin problemin həllinə kömək edəcəyinə ümid bəsləyirlər. Hər həkim seansı ayaq əzələlərinin elektroşok vasitəsilə stimullaşdırılmasını nəzərdə tutur.

Həkimlərdən biri Quidettinin əsas probleminin qaça bilməməsi olduğunu, ancaq tədricən vəziyyətinin yaxşılaşdığını deyib və futbolçunun çox nadir xəstəliyə yoluxduğunu bildirib. Quidetti son oyununu aprelin 14-də keçirib.

Xəbər 1110 dəfə oxundu.