Eltac liderin izində
«Naxçıvan Open-2012» beynəlxalq şahmat turnirində 7-ci turun oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, turnirin 5,5 xallı moldovalı lideri Viorel İordaneskunu yarım xal məsafədən izləyənlər sırasına həmvətəni Misrəddin İsgəndərov üzərində qalib gələn Eltac Səfərli də qoşulub.

O, rusiyalı Boris Qraçyov, belarus idmançısı Sergey Jiqalko, gürcüstanlı Konstantin Şanava və niderlandlı Sergey Tivyakovla bahəm 2-6-cı yerləri bölüşür. 4,5 xallı 5 şahmtçı sırasına bu turda qələbə qazanan Ayaz Məmmədov (rusiyalı Sergey Volkov üzərində), eləcə də rusiyalı Aleksandr Xalifmanla heç-heçə oynayan Rauf Məmmədov, həmçinin öz aralarında xal bölən Qədir Hüseynovla Azər Mirzəyev də var.


Xəbər 1501 dəfə oxundu.