Bakıda paracüdo üzrə beynəlxalq Qran-Pri yarışları davam edir
Paraçüdoçumuz Vuqar Şirinli Bakıda keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarının yarımfinal mərhələsinə yüksəlib.

Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan V.Şirinov onaltıdabir finalda meksikalı cüdoçu Bryan Gerardo Aburto Beltranı məğlub edib. Səkkizdəbir finalda rusiyalı idmançı Zaur Cəbrayılova qalib gələn paracüdoçumuz növbəti mərhələdə özbəkistanlı Şerzod Namozovu məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalada cüdoçumuz türkiyəli Receb Çiftci ilə qarşılaşacaq.

Xəbər 829 dəfə oxundu.