Futbol üzrə Azərbaycan kubokunun final matçını hakim İnqilab Məmmədov idarə edəcək
Futbol üzrə Azərbaycan kubokunun final matçını idarə edəcək hakim müəyyənləşib.

Mayın 19-da “Qəbələ” – “Sumqayıt” görüşünü İnqilab Məmmədov tərəfindən idarə olunacaq. Ona Rahil Ramazanov, Pərvin Talıbov və Səbuhi Bayramov kömək edəcəklər. Görüşün hakim-inspektoru Vüsal Əliyev, AFFA nümayəndəsi isə Eldəniz Musayev olacaq.

Turnirin həlledici qarşılaşması Naxçıvan Muxtar Respublikası Stadionunda oynanılacaq.

Xəbər 737 dəfə oxundu.