Vüqar Əsgərov Latviyanın ən yaxşı futbolçusu seçilib
Latviyanın “Dauqavpils” komandasının azərbaycanlı hücumçusu Vüqar Əsgərov bu ölkədə cari mövsümün ən yaxşı futbolçusu seçilib.

Latviya Futbol Federasiyasının keçirdiyi səsverməyə əsasən, namizədliyi irəli sürülən beş futbolçu arasında həmyerlimiz jurnalistlərin və azarkeşlərin səslərinin böyük əksəriyyətini qazanıb. Bombardirlər siyahısına başçılıq edən Vüqar Əsgərovun aktivində 6 qol var.

AZƏRTAC

Xəbər 753 dəfə oxundu.