Binəqədi rayonunda dama, şahmat və nərd üzrə rayon birinciliyi keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə mayın 8-də R.Aboyev adına mədəniyyət və istirahət parkında ahıl vətəndaşların asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi məqsədilə M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri arasında 9 May - “Faşizm üzərində qələbə”nin 74-cü ildönümünə həsr olunmuş “Dama, şahmat və nərd” üzrə rayon birinciliyi keçirilib.

Birinciliyin nəticəsinə görə, “Dama” idman növü üzrə Fərman İsayev birinci, Hacı Hacıyev ikinci, Teyyub Həsənov üçüncü yerə layiq görülüblər.

“Şahmat” idman növü üzrə Səyyad Nəbioğlu, Mamed Əhmədov, Vaqif Ələkbərov müvafiq olaraq birinci, ikinci, üçüncü yerə sahib olublar.

“Nərd” idman növü üzrə Zaman Allahverdiyev birinci yerə yiyələnib. İntizam Əkbərov ikinci, Təvəkgül Nəsibov üçüncü olub.





Xəbər 779 dəfə oxundu.