Azərbaycanın daha iki cüdoçusu "Böyük dəbilqə" turnirində medal qazanıb
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Böyük dəbilqə" beynəlxalq turnirinin son günündə daha iki cüdoçumuz medal qazanıb.

Məmmədəli Mehdiyev (90 kq) finalda serbiyalı Nemanja Majdova məğlub olaraq gümüş medalla kifayətlənib.

Digər idmançımız Zelim Kotsoyev (100 kq) isə bürünc medal uğrunda döyüşdə monqolustanlı Ottonbator Lxaqvasurenə qalib gəlib.

Bununla da komandamızın Bakı turnirində qazandığı medalların sayı 6-ya çatıb.

Turnirdə 57 ölkədən 450-yə yaxın cüdoçu mübarizə aparır. Millimiz turnirə 43 idmançı (28 oğlan, 15 qız) ilə qatılıb.

Xəbər 830 dəfə oxundu.