Nazirlik Henrix Mxitaryana təhlükəsizlik təminatı verilməməsinə dair iddiaları təkzib edib
Gənclər və İdman Nazirliyi İngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına Azərbaycanın təhlükəsizlik təminatı vermədiyinə dair iddiaları təkzib edib.
Nazirliyin mətbuat katibi Səmayə Məmmədova AZsport. az-a bildirib ki, deyilənlər heç bir reallığı əks etdirmir.

Nazirlik rəsmisi deyib ki, əvvəlki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi, bu dəfə də dövlətimiz iştirakçı ölkələrə təhlükəsizlik təminatı ilə bağlı məktub göndərib.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmada “Arsenal”ın rəqibi “Çelsi” olacaq.

Xəbər 781 dəfə oxundu.