“Baku Fire” futzal komandası Birinci Liqanın qalibi olub
Futzal üzrə Birinci Liqada XXIX turun oyunları keçirilib.

Turun ilk oyununda lider “Baku Fire” “Ulduz”la qarşılaşıb. Bu oyunda qazanılan qələbə ilə “Baku Fire” sona 1 tur qalmış çempionluğu bayram edib.

Fasiləyədək 4 cavabsız top vuran lider ikinci hissədə də üstünlüyünü davam etdirib. Yekunda 9:1 hesabı ilə qalib gələn “Baku Fire” Birinci Liqanın zirvəsini təmin etmiş olub.

Xəbər 742 dəfə oxundu.