Karateçimiz “Super 8” beynəlxalq turnirində iştirak edir
Mayın 11-də Xorvatiya kuboku uğrunda “Super 8” beynəlxalq karate turniri start götürüb.

Zaqrebdə keçirilən turnirdə 8 tanınmış karateçi iştirak edir. Xorvatiya Karate Federasiyasının təşkil etdiyi yarışda Azərbaycan karateçisi Ayxan Mamayev (84 kq) də gücünü sınayır. Onunla yanaşı, Kenji Qrillon (Fransa), Erman Eltemur (Türkiyə), Miçele Martina (İtaliya), Alvin Karaqi (Kosova), Djordje Teşanoviç (Serbiya), Enes Qariboviç və Ante Mrviçiç (Xorvatiya) kimi dünya və Avropa çempionatlarının qalib və mükafatçıları da turnirdə mübarizə aparırlar.

Mütləq çəki dərəcəsində təşkil olunan turnir qrup sistemi üzrə keçirilir. İdmançılar iki qrupda güclərini sınayırlar. Qrupların qalibləri finalda, ikinci yeri tutanlar isə bürünc medal uğrunda yarışacaqlar.

AZƏRTAC

Xəbər 806 dəfə oxundu.