Stend atıcılarımız dünya kubokunda mübarizə aparırlar
Mayın 10-da Koreya Respublikasının Çxanvon şəhərində stend atıcılığı üzrə dünya kuboku yarışları start götürüb.

Turnirdə Azərbaycan milli komandasının beş üzvü iştirak edir. Trap yarışlarında Əli Hüseynli və Aydan Camalova həm fərdi, həm də qarışıq cütlüklərin yarışlarında güclərini sınayırlar. Skit növündə isə Emin Cəfərov, Nurlana Cəfərova və Regina Meftaxətdinova mübarizə aparırlar.

Mayın 18-dək davam edəcək dünya kubokunda 58 ölkədən 360 idmançı iştirak edir.

Xəbər 1189 dəfə oxundu.