Qadın və kişi voleybolçularımız Tbilisidə təlim-məşq toplanışlarını davam etdirirlər
Voleybol üzrə qadınlardan və kişilərdən ibarət milli komandalarımız Tbilisidə təlim-məşq toplanışlarını davam etdirirlər.

Hazırlıq prosesi çərçivəsində milli komandalarımız yerli yığmalarla yoldaşlıq görüşü keçiriblər.

Qadın təmsilçilərimiz rəqiblərinə 3:1, kişi voleybolçularımız isə 4:0 hesabı ilə qalib gəliblər.

Xəbər 816 dəfə oxundu.