Azərbaycan voleybolçusu Fransa çempionatının bürünc medalını qazanıb
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Alena Həsənova Fransa çempionatının bürünc medalını qazanıb.

Voleybolçumuzun çıxış etdiyi “Le Kannet” komandası yarımfinal seriyasında üçüncü oyunda “Kann” komandasına 0:3 hesabı ilə məğlub olub. Üç oyununun nəticəsinə görə, “Kann” komandası 2:1 hesabı ilə qalib gələrək finala yüksəlib. “Le Kannet” isə çempionatın bürünc medalını qazanıb.

Sonuncu oyunda voleybolçumuz 7 xal toplayıb.

Xəbər 756 dəfə oxundu.