Samboçularımız Avropa çempionatında iştirak edəcəklər
Mayın 16-20-də İspaniyanın Xixon şəhərində kişilər və qadınlar arasında idman və sambo döyüşü üzrə Avropa çempionatı keçiriləcək.

Azərbaycan Sambo Federasiyasından bildiriblər ki, ölkəmizi qitə yarışında idman sambosu üzrə 5, döyüş sambosu üzrə 1 idmançı təmsil edəcək. Nəsimi Umbayev (52 kq), Eyvaz Baxşıyev (57 kq), Fərid Mikayılov (68 kq), Samir Kərimov (74 kq), Çingiz Ramazanov (100 kq) idman, Bəxtiyar Abbasov (82 kq) isə döyüş sambosu yarışlarında mübarizə aparacaqlar.

Xəbər 1229 dəfə oxundu.