Basketbolçumuz Fransa çempionatında fərqlənib
Gənc basketbolçulardan ibarət Azərbaycan millisinin üzvü Endər Poladxanlı Fransa çempionatında birinci olub.

Basketbolçumuzun çıxış etdiyi “Şole” sonuncu - XXXII turda “Asvel”ə 88:84 hesabı ilə qalib gəlib.

Çempionat ərzində 31 qələbə qazanan və 1 dəfə uduzan “Şole” gənclər arasında Fransa çempionatının qalibi adına sahib olub.
Qeyd edək ki, sonuncu turda basketbolçumuz 3 xal qazanıb.


Xəbər 1076 dəfə oxundu.