Budapeştdə keçiriləcək Qran-Pri turnirində Azərbaycanı iki cüdoçu təmsil edəcək
İyulun 12-14-də Budapeştdə keçiriləcək Qran-Pri turnirində Azərbaycanın iki qadın cüdoçusunun iştirakı dəqiqləşib.

Azsport.az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, cüdoçularımız Larisa-Aleksandra Florian (57 kq) və İrina Kindzerska (78 kq-dan yuxarı) Macarıstanda qüvvələrini sınayacaqlar.

İndiyədək 13 ölkədən 50-yə yaxın idmançı Budapeşt turnirinə qatılacağını təsdiqləyib.

Xəbər 72 dəfə oxundu.