Binəqədi rayonunda məktəblilər arasında futbol birinciliyi keçirilib
Mayın 6-7-də Binəqədi rayonunda 248 №-li tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü həsr olunmuş “Rayonumuzu Təmiz Saxlayaq” kuboku uğrunda məktəblilər arasında futbol birinciliyi keçirilib.

Birincilikdə rayon orta ümumtəhsil məktəblərinin 5-6-cı sinif şagirdlərindən ibarət komandalar iştirak ediblər. Birinciliyin nəticəsinə görə, 248 №-li tam orta məktəbin komandası birinci, 115 №-li tam orta məktəbin komandası ikinci, 83 №-li məktəb-liseyin komandası üçüncü yeri tutublar.

Qeyd edək ki, qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov iştirak edib.



Xəbər 732 dəfə oxundu.