Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan idman yarışlarının qalibləri mükafatlandırılıb
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Ağsuda gənclər və idman idarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə idman yarışları keçirilib.

İki gün davam edən yarışlarda 10 və 16 yaşadək şahmatçılar arasında rayon birinciliyi, həvəskarlar arasında nərd, təhsil işçiləri arasında isə mini futbol üzrə rayon çempionatı keçirilib. Birincilik və çempionatda ümumilikdə 116 nəfər iştirak edib.

Qaliblərə rayon gənclər və idman idarəsinin diplom və qiymətli hədiyyələri verilib.

Xəbər 836 dəfə oxundu.