Lübov Sokolova: “Hər şey oğlumdan asılıdır”
Rusiya millisinin voleybolçusu Lübov Sokolova karyerasını Azərbaycanda davam etdirmək istəməyib. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, son illəri Türkiyənin “Fənərbağça” klubunda keçirən hücumçu gələcək karyerası ilə bağlı açıqlama verərək, harada oynamaq istədiyinə aydınlıq gətirib. Bakının “Azərreyl” komandasının transfer siyahısında yer alan Lyubov bildirib ki, onun gələcək planlarında Azərbaycan Super Liqasında oynamaq yoxdur:

“Hazırda harada oynayacağımla bağlı məsələyə tam aydınlıq gətirməmişəm. Artıq Rusiya və Braziliyadan gələn təklifləri götür-qoy edirəm və hər şey oğlumdan asılıdır. O, italyan məktəbində oxuyur. Mənə müqavilə təklif edən klubların heç də hamısının təmsil etdiyi şəhərdə belə məktəblər yoxdur. Bu isə mənim üçün çox vacibdir. Oğuluma harada yaxşıdırsa, mənə də orada yaxşıdır. Biz elə həmin yerə gedəcəyik. “Fənərbağça”da qalmağım isə istisnadır”.

Qeyd edək ki, Sokolova Azərbaycanla yanaşı, Çin klublarının təklifinə də “yox” deyib.

Xəbər 1034 dəfə oxundu.