Yunan-Roma güləşçilərimiz Ukraynada güclərini sınayacaqlar
Yunan-Roma güləşçilərimiz mayın 8-də Ukraynaya yola düşəcəklər.

Azsport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, mayın 10-dan 12-dək bu ölkənin paytaxtı Kiyevdə Ukraynanın tanınmış məşqçi və güləşçilərinin 23-cü Memorialı keçiriləcək.

Ənənəvi yarışda baş məşqçi Şaban Donat və məşqçi Emin Əhmədovun rəhbərliyi altında Sakit Quliyev, Murad Bazarov (hər ikisi 60 kq), Kərim Cəfərov, Elman Muxtarov, Nofəl Babayev (hamısı 67 kq), Sənan Süleymanov (72 kq), Həsən Əliyev (77 kq) və Zamir Məhəmmədov (97 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirdə beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyacaq.

Xəbər 742 dəfə oxundu.