Şabranda stolüstü tennis çempionatında 100-ə yaxın yeniyetmə mübarizə aparır
Şabranda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cü ildönümünə həsr edilən şəhərlərarası stolüstü tennis çempionatına start verilib.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının, eləcə də Şabran rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə 100-dək yeniyetmə oğlan və qız tennisçi yarışır.

Bakı, Sumqayıt, Quba və Şabrandan olan tennisçilər üç yaş kateqoriyası üzrə şəxsi və komanda yarışlarında mübarizə aparırlar.

Turnirdə ilk üç yeri tutan komandalara kubok, şəxsi yarışlarda fərqlənən idmançılara isə diplom və medallar təqdim olunacaq.

Xəbər 704 dəfə oxundu.