Astaralı idmançılar beynəlxalq turnirdən uğur qazanıblar
Mayın 2-dən 6-dək Bakı İdman Sarayında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında budo döyüş növləri üzrə beynəlxalq turnir keçirilib.

Yarışda Astaralı idmançılar Əli Qəmbərov (60 kq) birinci, Ruhid Məmmədzadə (35kq), Nurlan Əlizadə (60 kq), Yusif Əskərov (62 kq), Ülvin Qəmbərov (86 kq) ikinci, Nihad Abdullazadə (30 kq)üçüncü yerə layiq görülüblər.

İdmançıları yarışa budo döyüş növləri üzrə məşqçi-müəllimlər Vüsal İskəndərli, altıncı dan qara kəmər ustası Ramiq Rəhmanov və üçüncü dan qara kəmər ustası Zamin Baxşıyev hazırlayıblar.

Qeyd edək ki, mayın 7-də Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev idmançılar və onların valideynləri, məşqçilər ilə görüşüb. Görüşdə idman idarəsinin rəisi ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın idmana göstərdiyi diqqət və qayğıdan bəhs edib. İdmanın zərərli vərdişlərə qarşı mübarizədə önəmli yer tutduğunu vurğulayan Ərçə Əliyev idmançıları qələbə münasibəti ilə təbrik edib və gələcək yarışlarda onlara uğurlar arzulayıb.


Xəbər 795 dəfə oxundu.