Sumqayıtda boks üzrə şəhər birinciliyinə yekun vurulub
Mayın 2 – 5-də Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində boks üzrə şəhər birinciliyi keçirilib.

Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş turnirdə 2005-2006-cı il təvəllüdlü oğlanlar və qızlar iştirak ediblər. Birincilikdə şəhərdə fəaliyyət göstərən idman məktəbi, cəmiyyət və klublarının 100-dən artıq idmançısı qalib adı uğrunda mübarizə aparıblar.

Gərgin və maraqlı idman mübarizəsində keçən yarışda Nərmin Əlizadə (38, 5 kq), Ömər Aslanlı (35,5 kq), Məhəmmədəli Əmirşahlı (37 kq), Murad Məmmədov (38, 5 kq), Əli Ramazanov (40 kq), Ənəs Ağayev (41,5 kq), Şahmar Məmmədov (43 kq), Toğrul Nurullayev (44 kq), Kənan Babayev (46 kq), Nadir Məlikov (48 kq), Kamil Həşimov (50 kq), Aydın Dadaşov (52 kq), Mehman Qasımlı (54 kq), Cəlal Ələkbərov (56 kq), Nihad Qaraşov (59 kq), Amin Kərimov (65 kq), Heymət Namazov (68 kq), Ömər Verdiyev (72 kq), Müslüm Namazov (76 kq) və Elay Səmədov (+76 kq) bütün rəqiblərinə qalib gələrək birinciliyin qalibi olublar.
Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Fəxri Fərman, medal və hədiyyələrlə təltif olunublar.


Xəbər 904 dəfə oxundu.