Astarada məktəblilər arasında mini futbol üzrə rayon birinciliyi keçirilib
Mayın 3-4-də Astara Olimpiya İdman Kompleksində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibəti ilə məktəblilər arasında mini futbol üzrə rayon birinciliyi keçirilib.

Yarışın açılış mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ələskər Əskərov birinciliyin məqsədinin Ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi, Azərbaycan Respublikasında Futbolun inkişafına dair “Dövlər Proqramının” həyata keçirilməsi, uşaq və yeniyetmələr arasında futbolun kütləviliyini artırması, yeniyetmə futbolçuların ustalıqlarını artırılması və onlar arasında futbola maraqları yüksəltdilməsi olduğunu bildirib.

Yarışda Astarada şəhər və kənd məktəblərinin komandaları mübarizə aparıblar. Gərgin keçən mübarizənin sonunda Astara şəhər 2 saylı və Kijəbə kənd tam orta məktəbin komandası finala vəsiqə qazanıblar. Finalda Kijəbə kənd komandası 3-1 hesabı ilə qalib gələrək birinci yerə layiq görülüb.

Sonda qaliblər Astara rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıb.


Xəbər 781 dəfə oxundu.