Qəbələdə tayboks üzrə Azərbaycan çempionatına start verilib
Mayın 3-də Qəbələ Olimpiya İdman Kompleksində tayboks üzrə Azərbaycan çempionatına start verilib.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası (ADFA) və Azərbaycan Muay-tay Federasiyasının (AMF) birgə təşəbbüsü ilə keçirilən çempionatda yeniyetmələr, gənclər və böyüklər müxtəlif çəki dərəcələrində qüvvələrini sınayırlar.

Yarışda paytaxt və regionlardan 200-ə yaxın idmançı iştirak edir.

Xəbər 100 dəfə oxundu.