Ferdinand Terri ilə oynamaq istəyir
«Mançester Yunayted»in müdafiəçisi Rio Ferdinand İngiltərə yığmasında «Çelsi»nin oyunçusu Con Terri ilə birlikdə oynamağa razılıq verib. İdman.com.az saytının məlumatına görə, baxmayaraq ki, müdafiəçinin bir müddət öncə Rionun «Kuinz Park Reyncers»də top qovan qardaşı Anton Ferdinandla bağı irqçi qalmaqalı olmuşdu.

Ötən payızda baş vermiş hadisədən sonra ingilislər onlara irqçi meylli kapitanın lazım olmadığı qərarına gəlmişdilər. Ancaq etibarlı müdafiəçisiz qalmağı da istəmədilər və sadəcə Terridən kapitan sarğısını almaqla kifayətləndilər.

Anton Ferdinand isə əvvəlki kimi xətrinə dəyən rəqibini bağışlamaq istəmir. O, «Çelsi» ilə KPR matçından qabaq Terrinin əlini sıxmayağağını bildirmişdi. Bu səbəbdən İngiltərə Futbol Assosiasiyası oyunqabağı görüşmələri ləğv etdi.

İndi isə ortaya çıxan Terri ilə Rio Ferdinandın yığmada çiyin-çiyinə oynaya bilməsi məsələsidi. Komandanın yeni baş məşqçisi Roy Hocson heyətdə məhz bu iki müdafiəçini – Rio Ferdinandla Terrini birlikdə görmək istəyir. Məşqçi Ferdinandla Terrinin davranışı barədə söhbət etməyə hazırlaşarkən Rio özü artıq «Çelsi»li müdafiəçi ilə birgə oynamağa razılığını verib.

Xəbər 873 dəfə oxundu.