U-15 Liqası: “Neftçi” komandasına kubok təqdim edilib
Mayın 3-də AFFA-nın inzibati binasında futbol üzrə U-15 Liqasının 2018-2019-cu il mövsümündə yüksək yerləri tutan komandaların mükafatlandırma mərasimi keçirilib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, “Qarabağ” komandasının üzvü Ərtoğrul Quliyev liqanın ən yaxşı qapıçısı, “Səbail”dən Nicat Quliyev isə ən yaxşı oyunçusu seçilib. Mövsüm ərzində 45 qol vurmuş Oruc Məmmədov (“Neftçi”) liqanın bombardiri olub.

“Sabah”, “Qəbələ” və “Neftçi” komandaları müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif edilib. “Neftçi” komandasına kubok təqdim edilib.

Mükafatları ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov və uşaq və gənclər liqaları üzrə yarışların təşkili şöbəsinin rəhbəri Yusif Vəliyev təqdim ediblər.

Xəbər 793 dəfə oxundu.