Güləşçimiz Dağıstanda bürünc medal qazanıb
Dağıstanın Kaspiysk şəhərində sərbəst güləş üzrə Əli Əliyevin xatirə turniri keçirilir.

50-ci dəfə təşkil olunan memorial mayın 1-də start götürüb. Yarışın ikinci günündə Nurməhəmməd Hacıyev (97 kq) fəxri kürsüyə qalxıb. Avropa çempionatının bürünc medalçısı üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Aslanbek Alborova qalib gəlib.

Qeyd edək ki, ənənəvi turnirə mayın 3-də yekun vurulacaq.

Xəbər 759 dəfə oxundu.