Badmintonçularımız “Hellas International 2019” turnirində iştirak edirlər
Badmintonçularımız Yunanıstanın Saloniki şəhərində keçirilən “Hellas International 2019” turnirində iştirak edirlər.

Turnirdə Azərbaycan badmintonçularından Cahid Əlhəsənov mübarizəyə təsnifat mərhələsindən qoşulub. O, ilk görüşdə Kipr idmançısı Andreas İoannuya 2:1 (21:15, 12:21, 21:12) hesabı ilə qalib gəlib. Lakin badmintonçumuz ikinci qarşılaşmada türkiyəli Yusif Yasara 1:2 (22:20, 15:21, 21:7) hesabı ilə məğlub olub. Digər idmançımız Səbuhi Hüseynov isə ilk görüşdə yunanıstanlı badmintonçu Georgi Qalvasa 1:2 (23:21, 8:21, 21:15) hesabı ilə uduzub.

Mayın 3-də isə badmintonçularımız qoşa yarışlarda iştirak edəcəklər. C.Əlhəsənov və Səbuhi Hüseynov tandemi norveçli Mattias Xu və Karl Kristian Mork qoşası ilə üz üzə gələcək.

Xəbər 852 dəfə oxundu.