«Olimpiakos» «Qalatasaray»ı «daşıyır»
Yunanıstan «Olimpiakos»u Stançu, Culio və Pinonu icarəyə götürmək üçün «Qalatasaray»la danışıqlar aparmağa hazırlaşır. İdman.com.az saytının məlumatına görə, Albert Riera və Kazım Kazımın transferləri sayəsində istiləşən «Qalatasaray» - «Olimpiakos» əlaqələri mövsümün sonunda daha geniş formata keçə bilər.

Yunan mətbuatı Culio və Pinonun «Qalatasaray» tərəfindən «Olimpiakos»a təklif edildiyini yazır. Türk klubuna yaxın mənbələrdən isə futbolçulara marağı yunan klubunun öz menecerləri vasitəsilə bəyan etdikləri söylənilir.
«Olimpiakos»un nümayəndələri əsas hədəfləri olan Culio və Pinodan əlavə Stançu ilə də maraqlanmağa başlayıblar.
Yayılan xəbərlərdə bildirilir ki, yunan klubunda keçirilməli olan prezident seçkilərindən sonra İstanbula səfər ediləcək və transfer övründə bu işlər rəsmiyyət qazanacaq.

«Qalatasaray»dan baş məşqçi Fateh Terimin Culio və Pinonun komandada qalmasına israr etdiyi, Stançu üçün gələcək təkliflərin isə dəyərləndirilməsinə etiraz etməməsi bildirilir.
Kazım Kazımla bağlı isə 13 mayda oynanacaq «Fənərbağça» - «Qalatasaray» matçının ardından danışıq masasına oturacaq türk klubunun rəhbərliyi futbolçunun özünün də meyli olması səbəbilə yunan klubunun transfer istəyinə müsbət cavab verməyə hazırlaşır.

Xəbər 1003 dəfə oxundu.